QIZLAR BULAĞINDAN SU İÇMƏK

yeniyetmə dövrünü yaşamaq, gözəlləşmək, yetkinləşmək, həddi-büluğa çatmaq.

QIZIN İKİ ADAXLISI VAR
QİSAS ALMAQ
OBASTAN VİKİ
Qızlar
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Ağ Qızlar
Qara qızlar
Qara qızlar - türk və altay mifologiyasında şər ilahələri. Qaragızlar və ya Karakızlar da deyilir. Erlik Xanın qızlarıdırlar. Adları naməlumdur. Mənbəyi, quru, çılpaq, sürüşkən bir yerdə yaşayarlar. Vaxtlarını əylənərək keçirirlər. Göyə çıxan samanı azdırıb yolundan geri döndərməyə çalışırlar. Bəzən cinsiliklə əlaqədar və ya cinsilik ehtiva edən davranışlar olduqları izah edilər. Saçları qara ilana bənzər.
Qızlar Məktəbi
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Yaranması == 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir.
Qızlar ağası
Qızlar ağası, Hərəm ağası, və ya Darüssaade ağası — Osmanlı dövlətində hərəmxanada olan ən yüksək vəzifə sahibinə verilən addır. Qızlar ağası sultan və sədrəzəmdən sonra Osmanlı dövləti sarayında 3-cü ən yüksək vəzifə. Sarayın, cinsi funksiyası yox edilmiş (xədim edilmiş) qara irqdən olan kişi qulları arasından seçilirdi. Padşahın hüzuruna lazım olduğu zaman çəkinmədən çıxa bilmə səlahiyyətinə malik idi. Qızlar ağası padşahın hüzurunda samur bir kürk geyinirdi. Sarayın təhlükəsizliyini təmin edən Odunçuların komandanlığını edərdi. Padşahla sədrəzəm arasında və padşahla Validə Sultan arasında əlaqəni təmin edərdi. Hərəmxanaya yeni qul qadınların alınması, hərəmxanadakı nikah, sünnət toyu və digər mərasimlərinin keçirilməsi həmişə Qızlar ağasının məsuliyyəti altında idi. Hərəmxanada böyük bir günah işləyən qul qadınların bir kisə içinə salınaraq Topqapı Sarayının dərhal önündə olan körfəzin sularına atılaraq boğdurulması vəzifəsini də Qızlar ağası icra edərdi. Əvvəllər Qızlar ağasının mövqeyi ağ irqdən bir qul olan Qapı ağasından daha aşağı idi.
Qızlar bulağı
Qızlar bulağı – Bu rəqsdə bəhs olunan bulaq Naxçıvanın yaxınlığındadır. Burada qızlar yığışar, çalıb-oynayar, mahnı oxuyardılar. “Qızlar bulağı” rəqsi də buradan meydana gəlib. Bu rəqsin melodiyasını indi də Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək, Sədərək, Kəngərli, Şahbuz rayonlarındakı və Naxçıvan şəhərindəki şənliklərdə eşitmək olur..
Qızlar qalası
Qızlar qalası Qəbələ rayonunun Zalam kəndindən təxminən 3 km şərq tərəfdə, adğın üstündə, əlverişli coğrafi şəraitdə yerləşir. Qala güclü dağıntıya məruz qalmışdır. 1972-ci ildə qajada aparılan arxeoloji qazıntılar nəticəsində qala divarları, bürcləri və darvaza yeri tam aşkarlanmışdır. Dördkünclü biçimdə olan Qızlar qalasinin uzunluğu 16,5 metr, eni 15,7 metrdir. Qala divarlarının qalıqlarının hündürlüyü bəzi yerlərdə 1,5 metrə qədərdir. Qalanın hər bir küncündə monolit dairəvi bürc, hər bir divarında isə yarımdairəvi kontrfors vardır. Bürclərin diametri 3,5 metr, kontrforsların diametri isə 1,5 metrdir. Darvaza qalanın cənub-qərb tərəfində yerləşir və eni 1,8 metrdir. Qalanın salamat qalmış qalıqları daşdan kirəc məhlulu ilə inşa olunmuşdur. Lakin ətrafa səpələnmiş 33 X 33 X 8 sm ölçüdə bişmiş kərpic nümunələrinin çoxluğu istehkamın üst hissəsinin həmin inşaat materialından hörüldüyünü söyləməyə imkan verir.
Qızlar rayonu
Qızılyar rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasının rayonlarından biri. İnzibati mərkəzi Qızılyar şəhəridir (şəhər rayon ərazisindən müstəqil şəkildə idarə edilir və rayonun ümumi ərazisinə daxil deyildir). == Coğrafiya == Rayonun ərazisi 3,116 kvadrat kilometrdir. == Əhali == 2002-ci ildə aparılmış siayahıya almaya əsasən Qızılyar rayonunun əhalisi (Qızılyar şəhərinin əhalisi sayılmadan) 57,748 nəfər, 2010-cu ilin siyahıyaalmasına əsasən isə 67,287 nəfərdir.
Qızlar təpəsi
Qızlar təpəsi — Qusar rayonu Qalacıq kəndindən 3 km. şimalda yerləşən, erkən orta əsrlərə aid qala tipli yaşayış yeridir. Təpənin kənarında, müdafiə divarları yanında dərin və enli xəndəyin izləri qalıb. Kəşfiyyat xarakterlı qazıntılar zamanı 1 metr qalınlığında mədəni qat müəyyənləşirilib. Həmçinin 2,1 metr qalınlığında çay daşlarından tikilmiş müdafiə divarlarının xımı da tapılıb. Arxeoloji materiallardan daş və sürtkəclər, açıq çəhrayı rəngli gil qablar və heyvan sümükləridir.
Zirvədəki Qızlar
Zirvədəki Qızlar (ing. Top Girls) - Karil Çörçill tərəfindən 1982-ildə yazılan dram. 1980 İngiltərəsindəki işləyən qadınların vəziyyətinə marksist və feminist reaksiya olan dramadır. Drama, Marlen adlı bir xarakter barədədir ki, bütün qadınların işdə müvəffəqiyyətlərin təmsil edən karier mərkəzli qadındır. Marlen uğur yoluna ayaq qoymaq üçün aztəminatlı həyatını və qeyri-qanuni uşağın bacısı Coysa buraxır.Drama müasirdir və cəmiyyətdə qadının rolu və müvəffəqiyyətli qadın olmaq mənasını araşdırır.Drama,bir baqqal qızı olan Marqaret Tetçer,məhz Böyük Britaniyanın ilk qadın baş naziri olduğu vaxt müəyyən edilir.
Cəsus qızlar
Cəsus qızlar (ing. Totally Spies!) — Vincent Chalvon-Demersay və David Michel tərəfindən yaradılmış, Fransa-Kanada studiyaları tərəfindən istehsal olunmuş anime bənzəri cizgi serialı. Serialda Beverli-Hillzdə yaşayan və Ümumdünya İnsan Mühafizəsi Təşkilatında (ÜİMT) məxfi cəsus kimi fəaliyyət göstərən üç qızdan bəhs edilir. == Məzmun == Serialda ABŞ-nin Beverli-Hillz şəhərində yaşayan Sem, Klover və Aleks adlı üç yeniyetmə qızdan bəhs edilir. Onlar ÜİMT adlı bir təşkilatın məxfi cəsusları kimi gizli fəaliyyət göstərilər. Onların rəhbəri Cerri onları dünyada baş verən cinayətlərin üstünü açmaları üçün işə götürüb. Bunun üçün qızlar lateksdən hazırlanmış rəngli geyimlər geyinir və müxtəlif qacetlərdən istifadə edirlər. Onların əsas missiyaları qisas almaq istəyən və ya bir vaxtlar qızların hərəkətlərindən təsirləndikləri üçün problem yaradan cinayətkarları dayandırmaqdan ibarətdir. Bəzən bu bədxahlar qızların şəxsi həyatını da pozmağa çalışırlar. Cəsus həyatları ilə yanaşı, hekayə qızların orta məktəb və daha sonra universitet tələbələri kimi gündəlik həyatlarına da diqqət yetirir.
Yaramaz qızlar
Yaramaz qızlar (ing. Mean Girls) — 2004-cü il amerikan komediya filmi. Filmin rejissoru Mark Uotersdir; o əvvəllər də Lindsi Lohanla birgə "Dəli cümə günü" filminin çəkilişlərində iştirak etmişdi. Filmin Teqlaynı: "Ehtiyatlı ol! Onlar Sənin arxandadırlar!". == Məzmun == Keydi Hiron (Lindsi Lohan), zooloq ailəsinin 16 yaşlı qızı, Afrikadan köçərək Amerikaya gəlir. O Evastondakı (İllinoys ştatı) Nort-Şort dövlət orta məktəbində özünün birinci tədris gününə hələ hazır deyil. Cəmiyyətdən qovulmuş Cennis (Lizzi Kaplan) və Demienin köməyi ilə Keydi məktəbin bir-birindən fərqli kompaniyaları haqqda öyrənir. Cennis xəbərdarlıq edir ki, məktəbin 3 ən populyar qızlarından uzaq gəzmək lazımdır, xüsusən də bu qızların başçısı və çox pis dili olan Recina Corcdan (Reyçel Makadams) eytiyatlı olmaq lazımdır. Bu qızlar özlərini "Baunti" adlandırırlar.
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Bakı Qızlar Universiteti
Bakı Qızlar Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1992-ci ildən başlayır. Həmin il Bakı Ali Pedaqoji Qızlar Seminariyası təsdiq edilmişdir. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradılmış və həmin ilin 27 iyul tarixində Azərbaycan Televiziyasında Bakı Ali Pedaqoji Qızlar Seminariyasına "Pedaqogika və psixologiya", "Pedaqogika və ibtidai təhsilin pedaqogikası" ixtisasları üzrə tələbə qəbuluna dair elan verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2005-ci il tarixli Dövlət Qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi ilə Bakı Ali Pedaqoji Qızlar Seminariyası Bakı Qızlar Universiteti adlandırılmışdır. == Tədris == Tədris işlərinə rəhbərlik etmək ilk dəfə 1992-ci ildə Nazim Abbasova həvalə edilmişdir. Bakı Qızlar Universitetində tədris özünəməxsus sistem üzrə təşkil olunub. Burada Elmi Şura, Tədris, elmi və tərbiyə işləri üzrə prorektorluq, "Sosial-pedaqoji" və "Filologiya-tarix" fakültələtinin dekanlıqları, 6 kafedra, Tələbə Şurası, Tələbə Elmi Cəmiyyəti, bədii yaradıcılıq studiyası, Kompüter mərkəzi, Tələbə Gənclər Təşkilatı, Ekoloji mərkəz, kitabxana fəaliyyət göstərir. Bakı Qızlar Universitetinin əyani şöbəsində təhsil müddəti 4 il, qiyabi şöbəsində 4 il 6 aydır. Universitetdə "Dillər", "Ədəbiyyat", "Tarix", "Təbiət fənləri", "Psixologiya", "Pedaqogika", "İctimai elmlər" kafedraları fəaliyyət göstərir.
Beynəlxalq Qızlar Günü
Beynəlxalq Qızlar Günü- 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq Qızlar Günü" elan edilib. == Məqsədi == Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. == Tarixi == Bu qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib. Bu gün Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub. Orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedib. Uşaq nigahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edir. == Ölkəmizdə qızların problemləri == Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir.
Müsəlman Qızlar Məktəbi
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Yaranması == 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir.
Qoqoevin qızlar gimnaziyası
Qoqoevin qızlar gimnaziyası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində təhsil mərkəzi. Qoqoevin qızlar gimnaziyası 1882-ci illərdə təsis edilmişdir. Binası isə Rostov-na-Donu şəhəri 30-cu xətt küçəsi, ev 8, liter A ünvanında yerləşir. Qoruma statusuna malikdir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. 1882-ci ildə Qoqoevin qızlar gimnaziyası 1917-ci ildə 45 saylı sovet əmək məktəbi (birinci pillə) və 6 saylı məktəb (ikinci pillə), 1959-ci ildə isə 14 saylı orta məktəbə çevrilmişdir. 14 saylə məktəbdə ingilis dilli əsas götürülürdü. == Tarixi == XIX əsrin sonları Naxçıvan-na-Donudan olan II gildiya taciri Nikita Qoqoev (Mkrtlçan Qoqoyan) yazıçı N. V. Kukolkinin məsləhəti ilə ölmüş dörd qızının xatirəsinə 103237 rubl vəsiyyət etmişdir. Üç mağaza və dəri zavodundsm əldə edilən gəlir qızlar üçün məktəbin inşasına sərf edilmişdi. Yeni məktəb üçün Qoqoev yeni hədəflər müəyyən etmişdi: "...
Qızlar (film, 2007)
== Məzmun == Bakı. XXI əsrin əvvəlləri. Zamanın gerçəkliyi dörd xanımın nəzər nöqtəsində canlanır. Bu qızların hər birinin öz taleyi, öz dünyası, həyata öz baxışları var. Xarakterləri fərqli olsa da, onları bir-birinə bağlayan ali bir qüvvə var: dostluq! Bəs kimdir bu qızlar?!Leyla (Vəfa Zeynalova) — jurnalistdir, əsasən gender problemlərindən, eyni zamanda cəmiyyətin sosial yaşantıları haqda yazır. Vətənpərvərdir, daim ictimai ədalət axtarışındadır.Turan (Hüsniyyə Mürvətova) — Uğurlu iş adamıdır. Həyat yoldaşı 1992-ci ildə Qarabağda şəhid olub ve bu səbəbdən ömrünün sonunadək sadiq qalacağına söz verib.Sevda (Zümrüd Qasımova) — Qadın idman klubunda çalışır, sözübütövdür. Kişiləri yoldan çıxarmaq, onlara dərs vermək hobbisidir. Hələlik cəmiyyət tərəfindən layiqli qiymət almır.Arzu (Təhminə Məmmədova) — Əksər azəri qadınlar kimi arzuları böyükdür — ərə getmək istəyir.
Qızlar (teleserial, 2007)
== Məzmun == Bakı. XXI əsrin əvvəlləri. Zamanın gerçəkliyi dörd xanımın nəzər nöqtəsində canlanır. Bu qızların hər birinin öz taleyi, öz dünyası, həyata öz baxışları var. Xarakterləri fərqli olsa da, onları bir-birinə bağlayan ali bir qüvvə var: dostluq! Bəs kimdir bu qızlar?!Leyla (Vəfa Zeynalova) — jurnalistdir, əsasən gender problemlərindən, eyni zamanda cəmiyyətin sosial yaşantıları haqda yazır. Vətənpərvərdir, daim ictimai ədalət axtarışındadır.Turan (Hüsniyyə Mürvətova) — Uğurlu iş adamıdır. Həyat yoldaşı 1992-ci ildə Qarabağda şəhid olub ve bu səbəbdən ömrünün sonunadək sadiq qalacağına söz verib.Sevda (Zümrüd Qasımova) — Qadın idman klubunda çalışır, sözübütövdür. Kişiləri yoldan çıxarmaq, onlara dərs vermək hobbisidir. Hələlik cəmiyyət tərəfindən layiqli qiymət almır.Arzu (Təhminə Məmmədova) — Əksər azəri qadınlar kimi arzuları böyükdür — ərə getmək istəyir.
Qızlar bulağı (roman)
"Qızlar bulağı" romanı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında xüsusi yer tutur. "Nağıl içində nağıl" motivini xatırladan əsər Çoponun həyatının üç fərqli dövrünü əhatə edir. Çopo bütün həyatı boyu sanki dönüb-dolaşıb "Qızlar bulağı" ətrafında fırlanır. Çoponun mühafizəkarlıqdan kənar, azad mühiti eyni zamanda Azərbaycan milli kimliyini ifadə edir. Y.V.Çəmənzəminlinin repressiya qurbanına çevrilməsinin əsas səbəblərindən biri kimi göstərilən bu roman günümüzdə də aktuallığını qoruyur.
Qızlar üçün monastır
Qızlar üçün monastır (gürc. წმინდა სტეფანეს მონასტერი), həmçinin Müqəddəs Stepan monastırı və ya Kusanots monastırı — Tbilisidə. İndiki dövrdə Kvemo Betlemi adını daşıyır (Aşağı Vifleyem kilsəsi). == Tarixi == Monastırı Melik-Aşxarbek tərəfindən təsis edilib, onun atası Aslan (Xocini) Bebudyan XVII əsrdə Persiyadan Tiflisə köçmüşdür. Melik-Aşxaru 1724-cü ildə Türklərlə döyüşdə öldüyünü iddia etdi. Nadir Şahın Hindistan kampaniyasındakı bir oğlu Melik Ağa atasının işini bitirmək qərarına gəldi, qurucusu və monastır monastırı idi. İlk binanın tikintisi 1727-ci ildə tamamlandı. Əvvəlcə yalnız bir şapel tikildi. Abbess Qeyənə (1840-1875) nəzdindəki yazılarda göstərildiyi kimi yenidən qurulmuşdur. Bütün bunlardan bəhs edək ki, bütün məlumatlar 1917-ci ildə Tavad Aşxabab Bebudov tərəfindən tikilmiş əsl şapeldir.
Tağıyevin qızlar məktəbi
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Yaranması == 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir.
Zövcələr Və Qızlar
"Zövcələr Və Qızlar" - Elizabet Qaskell in, 1864.cü ildə qələmə aldığı sonuncu romanıdır.Viktoriya dövrünün özünəməxsus dadını əks etdirən bu əsərdə, 19.cu əsr, ingiltərənin kənar bir qəsəbəsində yaşayan ailələrin adi həyatları ələ alınır. Bu qəsəbədə həkim işləyən Mr. Gibson evliliyinin ilk illərində yoldaşını itirir və qızı Mollini tək başına böyüdür. Ardınca özü kimi dul və bir qızı olan Mrs. Kirkpatrick adında bir xanımla ailə həyatı qurur. İlk başda bu evliliyə narazı olan Molli, Mrs. Kirkpatrick'in qızı Cynthia'nı tanıdıqdan sonra onunla dostluq münasibətləri qurur və ailə tədricən bir biri ilə yaxınlaşır. Roman, axıcı tərzi ilə zehni yormadan oxunulabilən, məzmun baxımından da hərkəsin özündən izlər tapacağı maraqlı əsərlərdən biridir.
Qızlar qalası (Marağa)
Qızlar qalası (fars. قلعه‌دختر‎) — İranın Şərqi Azərbaycan ostanında, Marağa şəhərinin 20 km cənub-şərqində Göy dağları dərəsinin cənubunda, Qaranaz kəndi ilə Leyli dağının arasında yerləşən tarixi abidə. Qızlar qalası 2003-cü ildə Miras-ı Fərhəngi tərəfindən 10205 nömrəsi ilə milli əsərlər siyahına qeydə alınıb. == Tarixi == Qalanın inşa tarixi Marağa Mədəniyyət İdarəsi tərəfindən verilən məlumata əsasən Manna və Urartu dövrünə qədər gedib çıxır. Bəzi tarixçilərin fikrincə qala Sasani və Parfiya dövlətlərinin hakimiyyəti dönəmində də istifadə edilmişdir. Rus tarixçi Minorski qala barədə öz qeydlərində yazır ki, bu qala XII əsrin əvvəllərində Əhməd Yellilər ailəsindən olan bir qadın tərəfindən idarə olunub. Daha sonra Səfəvi hökmdarı I Şah Abbas dövründə Qubad xan Şeyx Heydərin oğlu Gavdul bu qalada yaşayırmış. İsgəndər bəy Münşi yazır ki, Səfəvilər dövründə qaladan Gavdul qalası kimi bəhs olunurdu. I Şah Abbasın hakimiyyəti zamanı qalanın ətrafında karvansaraylar tikilmişdi, lakin zaman keçdikcə bu binalar zərər görüb. Bu bölgədə yaşayan insanların verdiyi məlumatlara görə əvvəllər qalanın bir burcu və bir qapısı da varimiş.
аван... антропологи́зм вивисе́ктор изрисо́вываться нераде́ние нотабе́на оседла́ние пучегла́зый схо́дка фаунисти́ческий абдика́ция архипа́стырский допа́лзывать allochromatic assailant crankous embalmed grand piano hoi phrasemonger zygoses арабка дыба противолежащий схитрить